Londonda zəhərlənmiş Skripalın qanı ekspertizaya göndərilib –Məhkəmə qərar verdi

23-03-2018, 11:09           

Britaniya məhkəməsi Rusiyanın sabiq xüsusi xidmət zabiti, polkovnik Sergey Skripaldan və qızından qan nümünələrini götürülməsinə icazə verib.
Strateq.az bildirir ki, bu nümunələr qadağan edilmiş kimyəvi silahlar üzrə Təşkilatın ekspertizasına göndəriləcək. Skripal və qızı komada olduğu üçün özlərindən razılıq almaq mümkün olmayıb. Odur ki, bu barədə qərarı məhkəmə qəbul edib. Həkimlər zəhərlənmiş hər iki şəxsin vəziyyətinin ağır, lakin stabil olduğunu deyiblər.
Britaniya zəhərlənmə qalmaqalına görə Rusiyanı ittiham edir. Hər iki ölkə arasında münasibətlər gərgindir. Moskva bu ittihamı rədd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru