Italiyada 4,1 bal gücündə zəlzələ baş verib 24-03-2018, 09:20 İtaliyanın cənubunda 4,1 bal gücündə zəlzələ baş verib. APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yerli vaxtla saat 01:31-də qeydə alınan yeraltı təkanların episentri Brindizi şəhərindən 28 km şimal-qərbdə, ocağı isə 25 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Facebook-da paylaş