Rusiyada 4,5 ton alma dolu yük maşını ilə sərhədçilərdən qaçan azərbaycanlı Belarusda yaxalanıb

24-03-2018, 09:24           
Rusiyada 4,5 ton alma dolu yük maşını ilə sərhədçilərdən qaçan azərbaycanlı Belarusda yaxalanıb
Ötən həftə Rusiyanın Smolensk vilayətinin sərhədçiləri tərəfindən təqibə məruz qalan Azərbaycandan olan ağır tonnajlı yük maşını sürücüsü Belarus ərazisində saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin region üzrə Sərhəd İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sürücü sərhədçilərin "saxla!" tələbinə məhəl qoymayıb. Bununla belə o, təhlükəli manevrlər edərək xidmətin heyət üzvlərinin həyat və sağlamlığı üçün təhlükə yaradıb. Mütəşəkkil təqibdən qaçan sürücü yenidən Belarus ərazisinə qayıtmaq məcburiyyətində qalıb və yerli sərhədçilər tərəfindən saxlanılıb.

Müəyyən edilib ki, ağır tonnajlı yük maşınında təqribən 4,5 ton alma olub.

Martın 22-də Krasnoyarsk rayon məhkəməsi Azərbaycan vətəndaşını 7 sutka həbs cəzasına məhkum edib. Bu cəza müddətindən sonra dəfələrlə Rusiya qanunvericiliyini pozduğuna görə, onun ölkə ərazisindən çıxarılması məsələsinə baxılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.