Masallıda baş verən güllələnmənin təfərrüatı açıqlanıb

24-03-2018, 12:58           
Masallıda baş verən güllələnmənin təfərrüatı açıqlanıb
Masallı rayonunda ötən axşam bir neçə güllə yarası alan şəxs Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə keçirilib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Masallı rayonunun Qızlavar kənd sakini 1953-cü il təvəllüdlü Ağəddin Nuru oğlu Ağayevin üzərində cərrahiyyə əməliyyatı 7 saata yaxın davam edib. Onun bədənindən 4 ədəd güllə çıxarılıb. Reanimasiya şöbəsinə yerləşdirilən A.Ağayevin vəziyyəti ağır olaraq qalır.

Bu arada hadisənin bəzi təfərrüatı məlum olub. "Report"un əldə etditi məlumata görə, insident kənd qəbiristanlığının yaxınlığında baş verib. "Mercedes" markalı avtomaşında olan üç nəfər A.Ağayevin qarşısını kəsib. Onlardan biri ana tərəfi Qızlavar kənindən olan, Masallı şəhərində yaşayan Zaur adlı şəxsdir. Avtomobildə olanlar atəş açdıqdan sonra hadisə yerindən uzaqlaşıblar. İnsidentin motivinin əslində A.Ağayevlə deyil, onun oğlu ilə əlaqəli olduğu söylənilir. Belə ki, atasından oğlunun yeri soruşulub, demədiyi üçün o, güllələnib.

İnsidentlə bağlı hələlik saxlanılan yoxdur. Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru