Mətbuat Şurasının sədri Zabil Müqabiloğlunun yanmış evi ilə bağlı hərəkətə keçdi

24-03-2018, 19:33           

Moderator.az xəbər verir ki, Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov musavat.com-a bildirdi ki, baş verən yanğın hadisəsi onu da narahat edib və məsələni nəzarətdə saxlayır: “Mərhum Zabil Müqabiloğlunun bacısı ilə danışmışam, vəziyyətdən xəbərdaram. Sadəcə bayramdan sonrakı ilk iş gununu gözləyirəm ki, “Qaçqınkom”un sədri Əli Həsənova zəng edim, yaxud gedib, onunla görüşüm. Ölkəmizdə yeni evlər tikilir. Bu ailə həm də qaçqın ailəsidir, illərlə yataqxanada yaşayıb. Odur ki, onlar da mənzillə təmin oluna bilər”.

Yeri gəlmişkən, bu yaxınlarda Z.Müqabiloğlunun kitabı da nəşr olunacaq. Ə.Amaşovun dediyinə görə, kitabın nəşri və təqdimatının mərhum jurnalistin doğum günündə keçirilməsi planlaşdırılsa da, bəzi səbəblərdən bu, mümkün olmayıb: “Amma kitab aprel ayında çap olunacaq”.
Mətbuat Şurasının sədri Zabil Müqabiloğlunun yanmış evi ilə bağlı hərəkətə keçdi














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru