Türkiyədə Niderland kəşfiyyatçısı saxlanılıb

26-03-2018, 11:38           
Türkiyədə Niderland kəşfiyyatçısı saxlanılıb
Türkiyədə Niderland kəşfiyyat xidmətinin əməkdaşı saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə yerli KİV Türkiyə Milli Kəşfiyyatındakı (MİT) mənbəyə istinadən yazır.

Həmin kəşfiyyatçının bundan əvvəl Əfqanıstanda olduğu bildirilir.

KİV yazır ki, Niderland kəşfiyyat xidmətinin nümayəndəsi Türkiyədə Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" hərbi əməliyyatına qarşı bir sıra etiraz aksiyalarının təşkilində də iştirak edib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" martın 18-də Afrini PYD və YPG terrorçularından azad ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru