Daha bir jurnalistin evində oğurluq oldu: Pullar və ... (FOTOLAR)

27-03-2018, 10:39           

Jurnalist Vasif Həsənlinin Abşeron rayonu Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən evində oğurluq olub.

Bu barədə Unikal.org-a Vasif Həsənlinin özü məlumat verib.

O, hadisə vaxtı evdə olmadığını bildirib: "Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən evimdən 1700-1800 manat məbləğində pul oğurlanıb. Hadisə mən və ailə üzvlərim evdə olmayan zaman baş verib. Naməlum şəxs və ya şəxlər evə pəncərədən daxil olublar".

Faktla bağlı zərərçəkən Abşeron Rayon Polis İdarəsinə məlumat verib, araşdırma aparılır.

Qeyd edək ki, V.Həsənli ölkə.az saytında çalışır.
Daha bir jurnalistin evində oğurluq oldu: Pullar və ... (FOTOLAR)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru