Məşhur həkimin ölüm xəbəri təsdiqləndi-YENİLƏNİB

3-04-2018, 21:42           

“Baku Medical Plaza”nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyevanın vəfatı ilə bağlı xəbər təsdiqini tapıb.

AFN xəbər verir ki, S.Mirzəyeva bir neçə saat əvvəl qəfil təzyiqinin qalxması ilə əlaqədar "MediClub" xəstəxanasına yerləşdirilib və bir neçə dəqiqə əvvəl keçinib.

Allah rəhmət eləsin!

***

“Baku Medical Plaza”nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyevanın vəfatı ilə bağlı xəbər həqiqət deyil.

Bu barədə AFN-ə S.Mirzəyevanın ailəsini yaxından tanıyan oxuculardan biri bildirib. Onun sözlərinə görə, məşhur həkimin yaxınları onun ölümü haqda xəbəri təsdiqləməyiblər: "Zəng etdim maraqlandım, dedilər ki, vəfat etməsi haqda yazılanlar düz deyil. Səhhətində problem yaranıb, lakin həyatdadır. Həyati təhlükəsinin olub-olmadığı hələ bilinmir".

"Baku Medical Plaza"dan isə bildirildi ki, S.Mirzəyevanın vəfatı ilə bağlı yayılmış xəbər təsdiqini tapmayıb və əlavə hər hansı açıqlama verilmir.

Qeyd edək ki, S.Mirzəyevanın qəflətən təzyiqinin qalxdığı və beyninə qan sızması nəticəsində vəfat etməsi ilə bağlı bir sıra saytlarda xəbər yayılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.