Qazaxda minik avtomobili avtobusla toqquşub, ölən və xəsarət alanlar var

4-04-2018, 09:08           
Qazaxda minik avtomobili avtobusla toqquşub, ölən və xəsarət alanlar var
Qazax rayonunda bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, "Mercedes" markalı minik avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusu toqquşub. Nəticədə minik avtomobilinin Ziya adlı sürücüsü hadisə yerində ölüb.

Qəza zamanı daha üç nəfər, "Mercedes" markalı avtobusun sərnişini, 59 yaşlı Allazova Aybəniz Mahmud qızı və daha 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru