"YouTube"un ofisində atəş açan qadının şəxsiyyəti müəyyənləşib

4-04-2018, 10:15           
"YouTube"un ofisində atəş açan qadının şəxsiyyəti müəyyənləşib
ABŞ-da "YouTube" videoportalının baş ofisində atış açan qadının şəxsiyyəti müəyyənləşib.

Trend-in ABC telekanalına istinadən verdiyi məlumata əsasən, həmin qadın Kaliforniya ştatının sakini Nasim Aqdam olub.

Qeyd olunur ki, Aqdam atəşdən sonra intihar edib. Onun "YouTube" şirkətinə heç bir aidiyyatı olmadığı bildirilir.

NBC telekanalının məlumatına əsasən, Nasim Aqdamın 39 yaşı olub. O, xəsarət alanlardan bir nəfəri tanıyırdı, çox guman ki, onun məqsədi həmin kişi olub.

Qeyd edək ki, atışma nəticəsində daha iki qadın yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru