Modelyerin obyekt davası başa çatdı - Məhkəmə qərarı

4-04-2018, 14:09           

Sahibkar, modelyer Leyla Əhmədova icarəyə götürdüyü moda evinin sahibləri ilə uzun müddətdir davam edən məhkəmə çəkişməsində qismən qalib gəlib. “Qafqazinfo” xəbər verir ki, bu barədə modelyerin özü məlumat verib.
Ali Məhkəmənin qərarına əsasən bildirilib ki, Əhmədova Leyla Səday qızınınn Bakı şəhəri, Yasamal rayon, Cəfər Cabbarlı, ev 29 ünvanında yerləşən qeyri-yaşayış sahədən çıxarılması ilə bağlı cavabdehlər Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan müştərək qaydada müəyyən miqdarda məbləğ alınıb.
Qərar isə aprelin 3-də icra olunub. Belə ki, obyekt media işçilərinin iştirakı ilə N. Ağayev və A. Lütfəliyevə təhvil verilib.
L. Əhmədova məkanın açarını təqdim edib və oranı tərk edib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru