Bayıl sürüşmə zonasında uçan evlər üçün kompensasiyanın necə hesablanacağı açıqlanıb

4-04-2018, 14:13           
Bayıl sürüşmə zonasında uçan evlər üçün kompensasiyanın necə hesablanacağı açıqlanıb
"Bayılda sürüşmə zonasında uçan 6 ev üçün kompensasiya yaxın 10 gün ərzində veriləcək".

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov bildirib.

A. Şərifov deyib ki, kompensasiya hər ev üçün kvadrat/metrə uyğun hesablanacaq: "Ancaq bu zaman qiymətləndirmə "Sovetski"dəki kimi olmayacaq. Çünki Bayıl sürüşmə zonasında tikiilən 97 ev sənədsiz, qanunsuzdur. Ancaq istənilən halda vəsait hər kvadrat/metr üçün vəsait hesablanacaq. Vəsaitin miqdarını indidən demək olmaz".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru