Yük maşını mikroavtobusla toqquşdu - 20 ölü 5-04-2018, 08:21 Misirdə dəhşətli yol qəzası qeydə alınıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, paytaxt Qahirədən cənubda avtomagistralda yük maşını mikroavtobusla toqquşub. Qəza nəticəsində 20 nəfər ölüb. İlkin ehtimala görə, qəzaya hər iki sürücü tərəfindən sürət rejiminin pozulması səbəb olub. Facebook-da paylaş