Milli Məclisə gələn şəxsin özbaşınalığı: lüks maşının sahibi polisi saymadı - FOTOLAR
15-09-2015, 21:19
Bu gün Bakıda növbəti dəfə lüks avtomobil sürücülərindən birinin özbaşınalığı müşahidə olunub. Hadisə Milli Məclisin binasının qarşısında baş verib. Lüks maşınıni qadağan olunmuş ərazidə saxlayan şəxs Dövlət Yol Polisi (DYP) əməkdaşının xəbərdarlığına məhəl qoymayıb.
Musavat.com-un məlumatına görə, 10 PB 700 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobilin sürücüsü Milli Məclisin qarşısında qadağan olunmuş, avtobusların dayanması üçün nəzərdə tutulan zolaqda dayanıb.
Bu zaman ərazidə 10 P 027 dövlət nömrə nişanlı motosikletdə xidmət aparan DYP əməkdaşı sürücüyə xəbərdarlıq edib. Tərəflər arasında bir müddət danışıq olub. Daha sonra sürücü Milli Məclisə gəldiyini deyərək, maşını orada saxlayacağını bildirib. Maşının qapılarını bağlayan sürücü Milli Məclisə daxil olub.
Sürücünün özbaşınalığı ilə bağlı DYP əməkdaşının fikirlərini öyrəndik. DYP əməkdaşı sürücüyə xəbərdarlıq etdiyini, lakin sürücü tərəfindən qanuna əməl olunmadığını bildirdi.
DYP əməkdaşı onu da qeyd etdi ki, avtomobilin şəkili çəkilib və 40 manat cərimə yazılıb. Söhbət zamanı DYP əməkdaşı bildirdi ki, bu maşını artıq bir neçə dəfə eyni yerdə qanunu pozduğu üçün cərimələnib.