Bakının məşhur kafesində qızın pulqabısını oğurladılar - VİDEO

29-07-2018, 16:52           
Bakının məşhur kafesində qızın pulqabısını oğurladılar - VİDEO
Bakıda "Simit Sarayı” kafesində qızın pulqabısını oğurlayıblar.

Teref.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə barədə videonu Sara Abbasova sosial şəbəkədə paylaşıb.

Zərərçəkmişin sözlərinə görə, hadisə 24 iyulda baş verib:

"Pulqabının içində iki bank kartı, 110 manat və 280 türk lirəsi var idi. Məbləğ elə də böyük deyil, ancaq o öz cəzasını almalıdır”.

S.Abbasova həmçinin bildirib ki, artıq polisə müraciət edib:

"Dörd gündür ki, polis onu axtarır. Bəlkə kimsə onu görüb. Kömək edin” - deyə o, sosial şəbəkə istifadəçilərindən xahiş edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru