ABŞ səfirinə silahlı hücum

5-08-2018, 22:26           
ABŞ səfirinə silahlı hücum
Banqladeşin paytaxtı Dəkkədə ABŞ səfiri Marş Berniketin içərisində olduğu avtomobilə bir qrup silahlı şəxs hücum edib.

Bu barədə Amerikanın Banqladeşdəki səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hücum edən şəxslərdən bir neçəsi motosikletdə olub.

"Səfir, sürücüləri və təhlükəsizlik xidmətinin əməkdaşları xəsarət almayıblar, lakin mühafizənin iki avtomobilinə ziyan dəyib", - deyə xarici siyasət idarəsinin bəyanatında bildirilir (Report).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru