«Rus mafiyası»nın başçısı İspaniyada saxlanıldı!

6-08-2018, 02:21           
«Rus mafiyası»nın başçısı İspaniyada saxlanıldı!
Teref.az yazır ki,«rus mafiyası»nın liderlərindən biri və 3 nəfər «qanuni oğru» İspaniyada saxlanıb. Bu barədə «Europa Press» agentliyi xəbər verib.

Dəqiqləşdirilir ki, onlar cinayətkar rəqib klanlardan birinin üzvünü öldürməyi müzakirə etmək məqsədilə toplaşıblarmış. Saxlanılanlardan biri Litvada «rus mafiyası»nın 129 üzvünün həbs olunmasından sonra fəallaşıb. Polisin məlumatına görə, o, müxtəlif qruplaşmalara rəhbərlik etməyi öz üzərinə götürüb. Ehtimal olunur ki, saxlanılanların daha ikisi Gürcüstan mənşəlidir. Onların üzərindən saxta Polşa və Ukrayna sənədləri tapılıb.

Saxlanılanların hamısı qətlə hazırlıqda, sənədlərin saxtalaşdırılmasında və cinayətkar aləmdə iştirakçı olmaqda günahlandırılır.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru