Ağsu aşırımında sürüşmə yenidən aktivləşdi, uçqun oldu

7-08-2018, 19:46           
Ağsu aşırımında sürüşmə yenidən aktivləşdi, uçqun oldu
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 132-156-cı kilometrliyində (Ağsu aşırımında) sürüşmə aktivləşib.
Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Bakı-Ağsu magistral yolunun 132-156-cı kilometrliyində sürüşmə prosesi aktivləşib və lokal sahələrdə uçqun prosesləri qeydə alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Ağsu aşırımının bir neçə ərazisində aktiv sürüşmə nöqtələri var: "Xüsusən intensiv yağıntılar zamanı həmin ərazilərdə müəyyən aktivlik müşahidə olunur. Avtomobil yoluna sürüşmə ziyan vurmasın deyə mütəmadi olaraq həmin nöqtələr əməkdaşlarımız tərəfindən nəzarətdə saxlanılır və qabaqlayıcı tədbirlər görülür. Hazırda aşırımda vəziyyət normaldır, hərəkətdə hər hansı problem yoxdur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru