ABŞ-da həbs olunan azərbaycanlılarla bağlı rəsmi - Açıqlama

7-08-2018, 22:02           
ABŞ-da həbs olunan azərbaycanlılarla bağlı rəsmi - Açıqlama
ABŞ-da həbs olunan şəxslər Azərbaycan vətəndaşlarıdır.

Bunu “Qafqazinfo”ya açıqlamasında XİN-nin Mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib: "ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinə bu barədə məlumat verilib.
Səfirliyin konsulluq xidməti sözügedən şəxslərlə görüşmək üçün ABŞ-ın hüquq-mühafizə orqanları ilə təmasdadır".


Qeyd edək ki, ABŞ-da Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna,
Latviya, eləcə də Azərbaycan vətəndaşlarından ibarət cinayətkar
qrup saxlanılıb. Dəstə üzvləri dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulları yumaqda ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru