Xaçmaza istirahətə gələn ailə qəzaya düşdü — 5 yaralı var

7-08-2018, 23:10           
Xaçmaza istirahətə gələn ailə qəzaya düşdü — 5 yaralı var
Xaçmaz rayonunun Nabran kəndinə istirahətə gələn ailə qəzaya uğrayıb.

Teref.az-ın Report-a istinadən verdiyi məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üçünün azyaşlı olduğu bildirilir. Xəsarət alanların kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru