Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğının təfərrüatı məlum olub - YENİLƏNİB

8-08-2018, 10:45           
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğının təfərrüatı məlum olub - YENİLƏNİB
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğının təfərrüatı məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi avqustun 7-dən 8-ə keçən gecə, saat 2 radələrində xəstəxananın Rentgen otağında qeydə alınıb.

Belə ki, ümumi sahəsi 36 kvadratmetr olan otaq və avadanlıq yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın güclü olub. FHN-nin yanğınsöndürənləri tərəfindən yanğın spöndürülüb və genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəstəxana əməkdaşları və xəstələr təhlükəsiz təxliyyə edilib. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***09:34

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında yanğın baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında qeydə alınıb.

İlkin məlumata görə, otaqlardan biri yanıb. Hələlik hansı səbəbdən baş verdiyi bilinməsə də yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.