Azərbaycanda yeni BAHALAŞMA DALĞASI - Bu dəfə “Norm” qiymətləri qaldırdı

10-08-2018, 10:22           
Azərbaycanda yeni BAHALAŞMA DALĞASI - Bu dəfə “Norm” qiymətləri qaldırdı
Azərbaycanın aparıcı sement istehsalçısı – “Norm” MMC istehsal etdiyi məhsulların qiymətini təxminən 12% artırıb.

“Report”un məlumatına görə, hazırda şirkətə məxsus 40 kq-lıq 300 marka sementin topdansatış qiyməti 5,8 manatdır ki, bu da əvvəlki qiymətlə müqayisədə 0,6 manat çoxdur.

“Norm” 40 kq-lıq 400 marka sementin topdansatış qiymətini isə 0,7 manat artıraraq 6,6 manata çatdırıb.

Hazırda həmin məhsulların pərakəndə satış qiymətləri müvafiq olaraq 6 manat və 6,8 manatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru