Uşaq baxçadan çıxaraq itib: İtmə anının VİDEO-su

12-08-2018, 12:01           
Uşaq baxçadan çıxaraq itib: İtmə anının VİDEO-su
Uşağı küçədən keçən bir qadın taparaq başqa baxçaya aparıb.
Rusiyanın Voloqda şəhərində yaşyarımlıq körpə baxçadan çıxaraq gedib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb. Videodan görünür ki, əynində təkcə pampers olan oğlan binadan çıxır və yola düzəlir.

Bir qədər sonra uşağı axtarmağa çıxan baxçanın əməkdaşları onu tapa bilməyib.

Məlumata görə, uşağı küçədən keçən bir qadın taparaq başqa baxçaya aparıb.


Baxçanın əməkdaşları qonşu baxçaya zəng edərək, müəyyən ediblər ki, itən uşaq onların baxçaya aiddir.

Qeyd edək ki, uşağın yoxa çıxdığı təsbit olunana qədər heç kəs onun baxçada olmadığının fərqinə varmayıb.

İstintaq Komitəsi və prokurorluq hadisə ilə bağlı araşdırma aparır. Uşağı nəzarətsiz qoyan tərbiyəçi isə işdən azad edilrib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru