Sumqayıtda silahlı insident –Bir nəfər öldürülüb, axtarış gedir

12-08-2018, 17:49           
Sumqayıtda silahlı insident –Bir nəfər öldürülüb, axtarış gedir
Sumqayıt şəhərində ölümlə nəticələnən silahlı insidet baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhər ərazisində təqribən 40-45 yaşlı kişi açılan atəş nəticəsində dünyasını dəyişib.

Qətli törədən şəxs hadisə yerindən qaçmağa müvəffəq olub. Əraziyə polis əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün Sumqayıt şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinə təhvil verilib. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil.

Hadisəni törədən şəxsin yerinin müəyyən edilməsi və onun məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru