İdlibdə silah anbarında partlayış nəticəsində ölənlərin sayı 50-yə çatıb

13-08-2018, 06:55           
İdlibdə silah anbarında partlayış nəticəsində ölənlərin sayı 50-yə çatıb
Suriyanın İdlib şəhərində silah anbarında partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yaşayış binasında yerləşən silah anbarında baş verən partlayış nəticəsində 50 nəfər həlak olub, 40-a yaxın insan isə xəsarət alıb.

Məlumata əsasən, anbar silah alverçisi Əbu Yazin əl-Homsiyə məxsus olub. Partlayış nəticəsində bina çöküb. Hazırda partlayışın səbəbi məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru