Bakıda qadına qarşı quldurluq edən gürcülər yaxalandı

13-08-2018, 12:20           
Bakıda qadına qarşı quldurluq edən gürcülər yaxalandı
Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsində qadına qarşı quldurluq hadisəsi baş verib.
“Ölkə.Az”ın xəbərinə görə, cinayət faktı avqust ayının 11-də Könül Məmmədovaya qarşı törədilib. Belə ki, “BMW” markalı avtomobil yolun kənarında saxlayaraq yol ilə gedən qadının başından kürt alətlə vuraraq onun əl çantasında olan 200 manat pulu və qulağındakı sırğasını dartıb çıxarıblar. Sonra isə avtomobilə əyləşərək ərazini tərk ediblər.
İsti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qadına qarşı quldurluq edən Gürcüstan Respublikasının vətəndaşları- İlya Totradze və Gela Bolkadze tutularaq istintaq şöbəsinə təhvil veriliblər.

Faktla bağlı yasamal RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 181 (quldurluq) maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb və gürcülər barsəində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru