Ukraynada azərbaycanlı iş adami ailəsi ilə birlikdə faciəvi şəkildə ölüb

13-08-2018, 15:58           
Ukraynada azərbaycanlı iş adami ailəsi ilə birlikdə faciəvi şəkildə ölüb
Ukraynanın Luqansk vilayətinin Slavyanoserbski rayonu ərazisində azərbaycanlı iş adamı ailəsi ilə birlikdə faciəvi şəkildə ölüb.

"Report"un əldə etdiyi məlumata görə, əslən Azərbaycanın Xaçmaz rayonundan olan 1971-ci il təvəllüdlü Sübahir Qulu oğlu Həsənov şəxsi avtomobilində ailəsi ilə birgə yaşadığı rayon istiqamətində hərəkət edərkən qəflətən avtomobili partlayıb.

Partlayış səsinə yaxınlıqdakı insanlar köməyə gəlsələr də, avtomobildəkiləri yanğından xilas etmək mümkün olmayıb. Nəticədə azərbaycanlı iş adamı, bir övladı və həyat yoldaşı yanaraq ölüb.

S.Həsənov Luqanskda kənd təsərrüfatı biznesi ilə məşğul olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru