"Onları da öldürərdim" – Qızını yatdığı yerdə baltalayan anadan dəhşətli etiraf

14-08-2018, 08:15           
"Onları da öldürərdim" – Qızını yatdığı yerdə baltalayan anadan dəhşətli etiraf
Rusiyanın Prikamye şəhərində dəhşətli cinayət hadisəsi baş verib.

Şəhər sakini Çaykovskiy 18 yaşlı qızının amansız qətlində şübhəli bilinir.

Ana cinayətin təfərrüatını müstəntiqlərə danışıb. Qadının sözlərinə görə, onunla Yuliya arasında vaxtaşırı dava baş verirdi. Belə davalardan birindən sonra qadın qızın yatmasını gözləyib. Bundan sonra isə balta ilə müdafiəsiz qıza zərbələr vurmağa başlayıb. Qız aldığı zərbələrdən hadisə yerində keçinib.

Məhkəmə tibbi ekspertizası Yuliyanın çoxlu qan itirməsi nəticəsində öldüyünü müəyyən edib. Balta zərbələrindən biri onun boyun nayihəsinə dəyib və arteriya damarlarını kəsib.

Şübhəli əməlinə görə peşman olmadığını bildirib və müstəntiqlərə bildirib ki, onun başqa qızları olsaydı, onları da öldürərdi.

Qadın hazırda müvəqqəti təcridxanasına yerləşdirilib. Onun barəsində həbs şəklində ehtiyat tədbirinin seçilməsi məsələsi həll edilir. /publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.