"Qanuni oğru"ya xəbərdarlıq edildi - Ölkəni tərk etməlisən

14-08-2018, 18:58           
"Qanuni oğru"ya xəbərdarlıq edildi - Ölkəni tərk etməlisən
"Taro" ləqəbi ilə tanınan "qanuni oğru" Tariyel Onianini həbsxanadan azad olunduqdan sonra Rusiya ərazisini tərk etməyə məcbur edirlər.

Turaninfo.org virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin göstərişinə əsasən, cəzasının 10 ilini "Qara delfin"də çəkən "qanuni oğru" bu haqda avqustun 6-da məlumatlandırılıb. "Taro" ölkəni tərk etməyəcəyi təqdirdə isə deportasiya olunacaq.

Bu xəbər "Taro"nun bütün planlarını alt-üst edib. Onun reaksiyası videogörüntülərdə də öz əksini tapıb. Belə ki, o, hüquq mühafizə orqanlarının əməkdaşlarına etirazını bildirib. Amma "qanuni oğru"ya izah edilib ki, bu, şəxsən daxili işlər nazirinin göstərişidir və vəkilləri vasitəsilə qanuni qaydada şikayət verə bilər.

Nazirliyin nümayəndələri ilə "qanuni oğru"nun görüşü isə ötən həftə baş tutub. Güc strukturlarından verilən məlumata görə, ən təhlükəli cinayətkarların saxlanıldığı xüsusi rejimli cəzaçəkmə müəssisəsi "Taro"ya o qədər də güclü təsir etməyib. O, söhbət əsnasında özünü olduqca sakit və təmkinli aparıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru