Genuyada uçan körpünün dağıntıları altında insanlar qala bilər

15-08-2018, 06:57           
Genuyada uçan körpünün dağıntıları altında insanlar qala bilər
İtaliyanın Genuya şəhərində uçan körpünün dağıntıları altında insanlar qala bilər.

Trend-in məlumatına görə, bu barədə İtaliyanın Milli Yanğınsöndürənlər Korpusunun rəhbəri Emmanuel Cissi bildirib.

E.Cissi deyib: "Bu bizim işimizin bir hissəsidir - sağ qalanların olmasına ümid etmək. Hazırda sağ qalanların olmasını demək tezdir".

Onun sözlərinə görə, hazırda hadisə yerində 244 yanğınsöndürən işləyir. Onların məlumatına əsasən, körpünün aşması nəticəsində 30 avtomobil düşüb. Lakin hazırda nə qədər insanın dağıntılar altında qaldığını demək çətindir.

E.Cissi qeyd edib ki, körpünün uçmasının səbəbi barədə danışmaq tezdir: "Biz bunun səbəbini deyil insanları axtarırıq".

Qeyd edək ki, son məlumatlara əsasən, körpünün uçması nəticəsində 26 nəfər həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru