Heyvanın belində soya bitdi: Hindistanda şok olay - VİDEO

16-08-2018, 07:45           
Heyvanın belində soya bitdi: Hindistanda şok olay - VİDEO
Hindistanın Madya Pradeş ştatında yaşayan Datar Sinq adlı fermer şok hadisə ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, fermer özünə məxsus tarlasında belində soya bitkisinin tağı yetişən siçan tapıb.

Fermer gördüyü mənzərə qarşısında şoka düşüb və siçanın görüntülərini çəkib. Daha sonra onun ağrı çəkdiyini görüb və evinə apararaq soya tağını canlının belindən çıxarıb. Fermerin sözlərinə görə, siçanın belində açıq yara olub və soya toxumu oraya düşüb.

Bölgəyə yaxın yerləşən Barnaqar kollecinin professoru bu hadisənin möcüzə olduğunu deyib. Onun sözlərinə görə, soya canlının boyun nahiyəsində bitsə də, beyninə zərər verməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru