596 bal "yığıb" ali məktəbə girə bilməyən abituriyent qalmaqalı

16-08-2018, 16:18           
596 bal "yığıb" ali məktəbə girə bilməyən abituriyent qalmaqalı
Dövlət İmtahan Mərkəzi təhsil eksperti Kamran Əsədovu məhkəməyə verəcək.

Virtualaz.org saytı xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 596 bal topladığı iddia edilən Əsgəri İbrahim Əli oğlu əslində yaz imtahanında 410, yay imtahanında isə 451 bal toplayıb. Lakin ictimaiyyətə yalan məlumat verilib. Belə ki, abituriyentin 596 bal toplaması ilə bağlı sosial şəbəkədə, mediada yalan məlumat verilib. Qarşı tərəfin iddiası qəbul olunmur. "Cavab kartlarını yalnız məhkəmə prosesinə təqdim edə bilərdik. Məsələ ictimaiyyətləşdiyindən, Dövlət İmtahan Mərkəzinin nüfuzuna zərər gətirdiyinə görə təhsil eksperti Kamran Əsədovu məhkəmə verəcəyik. Çünki ondan məsələni təkzib etməyini istəmişdik, ancaq o, bundan imtina edib"-, M. Abbaszadə deyib.

K. Əsədov isə tədbirdə məsələyə münasibət bildirib.

M.Abbaszadə onu da qeyd edib ki, bu günə kimi həmin şəxslər tərəfindəni imtahan nəticələrinin saxta olması ilə bağlı DİM-ə nə ərizə, nə də müraciət daxil olmayıb. Abbaszadə deyib ki, cavab kartının saxtalaşdırılmasını xüsusi orqanlar araşdıracaq. Abutiriyentin cavab kartına kənar müdaxilə ola bilməz. "Ola bilər ki uşaq valideynin qorxusundan balı saxtalaşdırsın. Biz dəfələrlə belə hallarla rastlaşırıq. Bəlkə də kimsə onları aldadıb. Bunu xüsusi xidmət orqanları araşdıracaq. Valideynlərə məsləhət görürük ki, şəxsi kabinetdəki məlumatları üçüncü şəxsə verməsinlər. Konkret bu məsələdə məhkəməyə müraciət edəcəyik, çünki DİM saxtalaşmada maraqlı deyil.

Abbaszadə sonra ali təhsil müəssisələrində boş qalan yerlər haqda məlumat verib. Təxminən 5008 plan yeri boş qalıb. 1 qrupda 540

və ondan yuxarı bal toplayanlar tam qəbul olunub. 520-530 ba arasında nəticə göstərən və qəbul olmayan cəmi 1 abituriyent var.

DİM sədri həmçinin qeyd edib ki, bu il Tibb Universitetində plan yerləri azalıb. 610 və ondan yuxarı bal toplayan abituriyentlərin hamısı qəbul olunub. Boş yerlərə qəbul isə bu gündən elan olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.