Peruda təyyarə partlayıcı qurğu ilə əlaqədar zəngdən sonra təcili eniş edib

17-08-2018, 06:56           
Peruda təyyarə partlayıcı qurğu ilə əlaqədar zəngdən sonra təcili eniş edib
Peruda "Latam" aviaşirkətinə məxsus təyyarə göyərtədə partlayıcı qurğunun olması barədə zəngdən sonra təcili eniş edib.

Trend-in məlumatına görə, Lima (Peru) - Santyaqo (Çili) reysini həyata keçirən təyyarə Pisko hava limanında eniş edib.

Məlumata əsasən, təyyarənin göyərtəsində partlayıcı qurğunun olması barədə məlumat Çilinin uçuşlara nəzarət mərkəzinə naməlum şəxs tərəfindən telefon zəngi ilə bildirilib.

Təyyarə uğurlu eniş edib və sərnişinlər təxliyə edilib, xəsarət alan olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru