Kadırov çeçen gəncə elə bir cəza verdi ki... - Video

12-10-2018, 08:00           
Kadırov çeçen gəncə elə bir cəza verdi ki... - Video
Rusiyanın paytaxtı Moskvada, ictimai nəqliyyatda özünü qeyri-adekvat aparan gənc çeçen Ramzan Kadırov tərəfindən cəzalandırılıb.

Axar.az xəbər verir ki, Çeçenistan rəhbəri Kadırov öz Teleqram səhifəsində Turpal Xasıyev adlı həmin gəncin Şalins rayonunun Avturı kənd sakini olduğunu bildirib. Onun sözlərinə görə, Xasıyev qazanc dalınsa Moskvaya getmişdi:

“Onun iş məsələsi həll olundu. İndi o, Qroznıda işləyəcək. Bu dəqiqədən etibarən Turpal şəhərin ətraf mühitinin bərpasında iştirak edəcək. Küçələri və meydanları təmizləyəcək, güllər və bitkilər əkərək, onları vaxtında sulayacaq”.

Kadırov eyni zamanda vurğulayıb ki, gənc çeçen tutduğu əməldən dərin peşmançılıq hissi keçirir:

“Mən hər zaman demişəm və indi də təkrar edirəm. İstənilən çeçen cəmiyyətdə davranış qaydalarını bilməlidir. Əks halda, onlar sorğulanacaq”.

Qeyd edək ki, Yutub şəbəkəsində yayımlanan videoda “Əhməd” idman klubu adından danışan çeçen enerji içkisi qəbul etdikdən sonra metrodakı iki gənci “Axmat – sila” (Əhməd–gücdü) deməyə məcbur edib və ardınca içki bankasını onların üzərinə atıb.

Çeçenin bu hərəkəti Kadırovun ciddi qəzəbinə səbəb olmuş və onun təcili şəkildə Qroznıya gəlməsini tələb etmişdi.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.