Urmiya hara, Güney Azərbaycan hara kürdlər hara ?

14-07-2025, 11:34           
Urmiya hara, Güney Azərbaycan hara kürdlər hara ?
TRT Güney Azərbaycanın qədim və böyük şəhərlərindən biri olan Urmiyanı “kürd şəhəri” kimi təqdim edərək, bu şəhərdən hazırladığı reportajda kürd dilində və kürd musiqiləri ilə bir saatlıq süjet yayımlayıb.
Əlbətdə, bu planlı şəkildə edilib. 1918-ci ildə öz torpaqlarında yox Azərbaycan torpaqlarında erməni dövləti yaradan ingilis casuslarının varisləri bu gün Türkiyədə hakimiyyəti ələ alıb öz torpaqlarında yox Azərbaycan torpaqlarında daha bir qeyri qanuni dövlət, kürdüstan yaratmağa çalışır. Bu kürdlərlə "sülh və silahı yerə qoyma" oyunlarının əvvəldən planı bu idi. Ərdoğan hökuməti onları öz torpaqlarından çıxarıb, kürdlərin heç bir tarixi bağılığı olmayan Azərbaycan torpaqlarında məskunlaşmasın planlayır. Necə ki, 1813-28-ci illərdə qaraçı erməniləri Hindistandan əvvələ Qacar dövlətinə, ordan da Qərbi Azərbaycana yerləşdirdikləri kimi..
Özü də Rusiyanın vasitəsilə.
Lakin bu dövr o dövr deyil və dünya artıq informasiya dövrüdür. Ankara ehtiyatlı olsun bu məsələdə. Güney Azərbaycan torpaqlarında kürdlərin yaşaması tarixi heç 150 il deyil. Özü də Osmanlılar gətirib yerləşdiriblər buralarda onları. İndi Ərdoğan hökuməti getsin İraqda və Suriyada yaratsınlar. Onların vaxtilə yaşadıqları torpaqlarda. Urmiya hara, Güney Azərbaycan hara kürdlər hara ?
prof. dr Zaur Aliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru