İranda yaşayış binasında partlayış oldu: yaralananlar var VİDEO

14-07-2025, 12:21           
İranda yaşayış binasında partlayış oldu: yaralananlar var  VİDEO
IRIB News xəbər verir ki, bu gün Qum şəhərindəki Pərdisan yaşayış kompleksində partlayış baş verib. Məlumata görə, hadisə nəticəsində binanın birinci mərtəbəsi ciddi şəkildə zədələnib. Paylaşılan görüntülər partlayışın miqyasını və binada yaranan dağıntını açıq şəkildə göstərir.
Qum Fövqəladə Hallar İdarəsini rəisi yerli mediaya açıqlamasında bildirib ki, partlayış nəticəsində 7 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Hadisənin səbəbi hələlik açıqlanmayıb. Rəsmi qurumlar insidentin səbəblərini araşdırmaq üçün işlərə başlayıb. Hazırda təhlükəsizlik qüvvələri və fövqəladə hallar xidmətləri ərazidə nəzarəti təmin edirlər.

Джавид Дамирли
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru