Moskva vilayətində Daxili İşlər Nazirliyinin müstəntiqi öldürülüb

12-10-2018, 10:13           
Moskva vilayətində Daxili İşlər Nazirliyinin müstəntiqi öldürülüb
Oktyabrın 10-u səhər saatlarında Rusiyanın Daxili işlər Nazirliyinin (MVD) müstəntiqi Yevqeniya Şişkina Krasnoqorsk rayonunun Arxanqelskoye qəsəbəsində öz binasının qarşısında güllələnib.

Tədqiqat Komitəsi polis məmurunun həyatına təcavüz və silahların qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açıb. Qətlin birbaşa peşə fəaliyyəti ilə bağlı olduğu bildirilir.

Yevqeniya Şişkina Daxili İşlər Nazirliyinin Nəqliyyat idarətməsi üzrə xüsusi işlər idarəsinin Mərkəzi Federal dairəsindəki bölmədə baş müstəntiq olub. İnterfaksdan alınan məlumata əsasən, baş müstəntiqə qarşı bu, birinci sui-qəsd deyilmiş. Əvvəllər o, istintaq apardığı cinayət işi ilə əlaqədar təhdidlərə məruz qalıb və dövlət qorunması üçün müraciət edib. Bir neçə ay öncə naməlum şəxslər onun avtomobilini yandırıblar.

"Şişkina xüsusilə, dəmir yolu qatarlarına elektron biletlərin qeydiyyatı ilə əlaqədar fırıldaqçılıqla bağlı cinayət işi araşdırıb və dəfələrlə anonim təhdidlərə məruz qalıb", - agentliyin mənbəyi bildirib.

Mənbəyə əsaslanaraq TASS agentliyi bildirib ki, Şişkina dəfələrlə ona edilən təhdidlərlə bağlı şikayət edib. “Ona dövlət müdafiəsi təklif olunmuşdu, lakin o imtina edibmiş.”

Yevqeniya Şişkina 1991-ci ildən Daxili İşlər Nazirliyində qulluq edib. O, Rusiya Daxili İşlər Nazirliyinin III, II və I dərəcə “Vəzifədə fərqlənmə” medalları və "Rusiya Daxili İşlər Nazirliyinin 200 ili", "Ən yaxşı müstəntiq", "Daxili İşlər Nazirliyində əla xidmət üçün" I dərəcə döş nişanlarına və mükafatlara layiq görülmüşdü.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.