Tramp Ukraynaya Patriot sistemlərinin göndəriləcəyini elan etdi

14-07-2025, 10:55           
Tramp Ukraynaya Patriot sistemlərinin göndəriləcəyini elan etdi
Ukrayna ABŞ-dan əlavə Patriot hava hücumundan müdafiə sistemləri alacaq. Prezident Tramp Merilend ştatında jurnalistlərə açıqlamasında bildirib ki, bu silahların xərclərini tam olaraq Avropa İttifaqı qarşılayacaq. Onun sözlərinə görə, bu silahlar Ukraynanın Rusiyaya qarşı müdafiəsi üçün zəruridir.
Tramp ABŞ-ın neçə Patriot sistemi göndərəcəyinə dair məlumat verməyib. O, bu gün Rusiya siyasəti ilə bağlı açıqlama verəcəyini bildirib. NATO baş katibi Rutte ilə də görüş planlaşdırılıb.
ABŞ müdafiə naziri Hegseth Vaşinqtonda alman həmkarı Pistorius ilə Ukraynaya əlavə dəstək məsələsini müzakirə edəcək. Elə bu bazar ertəsi ABŞ-ın xüsusi nümayəndəsi Kellogg-un da Kiyevdə danışıqlar aparacağı gözlənilir.
Zelenski “müsbət dəyişikliklərə” ümid edir
Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin maraqları baxımından “müsbət dəyişikliklər” gözlədiyini bildirib. Son günlərdə Rusiya, müharibənin başlamasından bəri (üç ildən çoxdur) Ukraynaya qarşı ən ağır hücumlarını həyata keçirib.
Sarvan Səmədoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru