ABŞ-da futbol klubu xərçəng xəstəsi olan yeniyetməni heyətinə qəbul edib
15-10-2018, 08:04
ABŞ-da xərçəng xəstəliyinin nadir növündən əziyyət çəkən 15 yaşlı oğlan Kaliforniya ştatının "Sacramento Republic" futbol klubunun heyətində meydana çıxaraq "Las Vegas Lights" komandasına qarşı oynayıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, Metyu adlı oğlan on minlərlə azarkeşin izlədiyi oyunda hətta topu rəqib komandanın qapısından da keçirib.
Bu, yeniyetmə üçün professional futbolda debüt olub. O, "Sacramento Republic" futbol komandasına cəmi bir neçə gün bundan əvvəl fəxri oyunçu kimi qəbul edilib. Oğlan bu barədə müalicə aldığı uşaq xəstəxanasında olarkən eşidib.
"Biz Metyunu klubda salamlamaqdan çox şadıq və onun "Sacramento Republic"də oynamağa can atmasını da salamlayırıq. Onun dəfedilməz ruhu bizə ilham verdi", - deyə futbol klubunun prezidenti Ben Qampert bildirib.
Daha əvvəl "Beşiktaş" klubu da xərçəng xəstəsi olan azərbaycanlı azarkeşə dəstək verib