Azərbaycan futbolunda dava düşdü: meydana polislər girdi - VİDEO

21-10-2018, 21:35           
Azərbaycan futbolunda dava düşdü: meydana polislər girdi - VİDEO
Region Liqasında keçirilən FC Baku- Şahdağ qarşılaşmasının birinci hissəsində ara qarışıb. Offsideplus.az xəbər verir ki, hakimin qərarına etiraz edən Şahdağ-ın baş məşqçisi Kamran Əlibabayev onun ünvanına təhqir və söyüşlər səsləndirib. Bununla kifayətlənməyən baş məşqçi meydana daxil olaraq, hakimə etirazını sərt şəkildə bildirib. Elə bu məqamda FC Baku azarkeşləri ilə Şahdağ-ın futbolçuları arasında dava düşüb. Dava bir qədər sakitləşən vaxt yenidən Kamran Əlibabayev meydana daxil olub. Hakimin onu qovmasını "Şahdağ"ın futbolçuları "həzm edə" bilməyib və hakimə qarşı fiziki təzyiq göstərməyə başlayıblar. Bu məqamda meydançaya polislər daxil olub və baş məşqçini kənarlaşdırıblar. (premyer.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru