Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək
23-10-2018, 07:41

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.
"Report" xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.
Günün mərkəzi matçı İngiltərədə təşkil olunacaq. "Mançester Yunayted" İtaliya "Yuventus"u ilə üz-üzə gələcək. "Qırmızı şeytanlar"ın heyətində Maruan Fellayni, Skott Maktominey və Markus Raşfordun bu görüşdə iştirakı sual altındadır. Turin təmsilçisində isə Sami Xediranın meydana çıxıb-çıxmayacağı bəlli deyil.
Günün digər oyununda turnirin son qalibi "Real Madrid" Çexiyanın Viktoriya" komandasını sınağa çəkəcək. Həm ÇL-də, həm də La Liqanın son turunda uduzan "kral klubu" "qara zolaq"dan çıxmağa çalışacaq. Meydan sahiblərinin heyətində Daniel Karvahal zədə səbəbindən bu görüşü buraxacaq. Qonaqlarda isə Yan Kopiç, Yan Kovarjik və Daniel Kolarj zədəlidir.
Çempionlar Liqası, III tur
23 oktyabr
E qrupu
20:55. AEK (Afina, Yunanıstan) - "Bavariya" (Almaniya)
23:00. "Ayaks"(Hollandiya) - "Benfika" (Portuqaliya)
Xal durumu: "Ayaks" - 4, "Bavariya" - 4, "Benfika" - 3, AEK - 0.
F qrupu
23:00. "Hoffenhaym" (Almaniya) - "Lion" (Fransa)
23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Mançester Siti" (İngiltərə)
Xal durumu: "Lion" - 4, "Mançester Siti" - 3, "Şaxtyor" - 2, "Hoffenhaym" - 1
G qrupu
23:00. "Real Madrid" (İspaniya) - "Viktoriya" (Plzen, Çexiya)
23:00. "Roma" (İtaliya) - MOİK (Moskva, Rusiya)
Xal durumu: MOİK - 4, "Roma" - 3, "Real Madrid" - 3, "Viktoriya" - 1.
H qrupu
20.55 "Yanq Boyz" (İsveçrə) - "Valensiya" (İspaniya)
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Yuventus" (İtaliya)
Xal durumu: "Yuventus" - 6, "Mançester Yunayted" - 4, "Valensiya" - 1, "Yanq Boyz" - 0.