"Formula 1" 2023-cü ilə qədər Bakıda keçiriləcək - YENİ MÜQAVİLƏ İMZALANDI

5-02-2019, 11:36           
"Formula 1" 2023-cü ilə qədər Bakıda keçiriləcək - YENİ MÜQAVİLƏ İMZALANDI
Bu gün Bakı Şəhər Halqası ilə "Formula 1" Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilə imzalanıb.

Hurriyyet.org xəbər verir ki, bununla bağlı təşkil olunan tədbirdə gənclər və İdman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, yeni sözləşmənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub. Əvvəlki anlaşma 2020-ci ilədək idi.

Daha sonra tərəflər arasında rəsmi müqavilə bağlanılıb. Müqaviləyə A.Rəhimovla "Formula 1 Group" şirkətinin baş icraçı direktoru Çeyz Kerri imza atıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 2016-cı ildən "Formula 1"in təqviminə daxil olub. Builki Qran-pri 28 - 30 apreldə keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru