Ronaldonun qol vura bilmədiyi komanda - Azərbaycan millisi

6-02-2019, 08:09           
Ronaldonun qol vura bilmədiyi komanda - Azərbaycan millisi
Bu gün dünya futbolunun ulduzlarından Kriştiano Ronaldonun doğum günüdür.

Hazırda "Yuventus"da çıxış edən hücumçunun 34 yaşı tamam olur. 2003-cü ildən formasını geyindiyi Portuqaliya millisində 154 görüş keçirən futbolçu karyerası ərzində Azərbaycan yığmasına qarşı da oynayıb. İlk dəfə 2006-cı ildə millimizlə üz-üzə gələn superulduz komandamıza qarşı hələlik son oyununu 2012-ci il, noyabrın 9-da Avro-2012-nin seçmə mərhələsində keçirib. Maraqlıdır ki, Kriştiano bu matçlarda yığmamızın qapısına qol vura bilməyib. Yalnız 2006-cı ildə keçirilən görüşdə o, akrobatik zərbə ilə fərqlənsə də, hakim qolu qeydə almamışdı.

Aşağıda təqdim etdiyimiz videoda Ronaldonun Avro-2012-nin seçmə mərhələsində millimizlə oyunundan (3:0) maraqlı görüntüləri yer alıb.

/Qol.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru