Dünyanın ən ucaboy futbolçusu İngiltərə klubu ilə müqavilə bağlayıb

8-02-2019, 20:34           
Dünyanın ən ucaboy futbolçusu İngiltərə klubu ilə müqavilə bağlayıb
İngiltərənin VI Divizionunda çıxış edən “Dalviç Hemlet” klubu danimarkalı qapıçı Simon Yorgensenlə müqavilə bağlayıb.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı qolkiper dünyanın ən ucaboy oyunçusu sayılır. Yorgensenin boyu 210 santimetrdir. O, yeni komandasına azad agent kimi keçib.

S.Yorgensenin azarkeşlərdən toplanan vəsait hesabına komandaya cəlb olunduğu bildirilir.

Qeyd edək ki, S.Yorgensen “Kopenhagen”in yetirməsi olsa da, əsas komandaya yüksələ bilməyib. 2010-2017-ci illərdə o, Danimarkanın müxtəlif klublarında çıxış edib və daha sonra İngiltərəyə yollanıb. O, əvvəlcə “Akkrinqton Stenli”, daha sonra yarımhəvəskar “Uaythouk” komandalarının formasını geyinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru