Avropanın ən yüksək ödənişli futbolçuları – Siyahı

9-02-2019, 00:17           
Avropanın ən yüksək ödənişli futbolçuları – Siyahı
Fransanın “L’Equipe” nəşri Avropanın 5 aparıcı çempionatında çıxış edən ən çox maaş alan 10 futbolçunun siyahısını açıqlayıb.

Qol.az xəbər verir ki, siyahıya “Barselona”nın futbolçusu Lionel Messi başçılıq edir. Onun aylıq gəliri 8,3 milyon avrodur.

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo 4,7 milyon avro ilə ikincidir. Ayda 3,3 milyon qazanan “Atletiko”nun forvardı Antuan Qrizman isə 3-cüdür.

Avropadakı ən yüksək ödənişli 10 futbolçu:

1. Lionel Messi (“Barselona”, İspaniya) – 8,3 milyon avro

2. Kriştiano Ronaldo (“Yuventus”, İtaliya) – 4,7

3. Antuan Qrizmann (“Atletiko”, İspaniya) – 3,3

4. Neymar (PSJ, Fransa) – 3,06

5. Luis Suarez (“Barselona”, İspaniya) – 2,9

6. Qaret Beyl (“Real Madrid”, İspaniya) – 2,5

7. Filippe Koutinyo (“Barselona”, İspaniya) – 2,3

8. Aleksis Sançes (“Mançester Yunayted”, İngiltərə) – 2,28

9. Kilian Mbappe – (PSJ, Fransa) – 1,73

10. Mesut Özil (“Arsenal”, İngiltərə) – 1,6

Qeyd: Göstərilən məbləğlər futbolçuların vergilər çıxılmadan qazancıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru