“AFFA heç kimin dədəsinin şəxsi mülkü deyil...”
28-03-2019, 20:52

Bildirdiyimiz kimi, AFFA Azərbaycan-Litva yoldaşlıq oyununa (0:0) görə milli komandanın üzvlərinə 5000 manat pul mükafatı verib.
"Yeni Sabah" məsələylə bağlı idman jurnalisti Anar Xanlarovun fikrini öyrənib.
A.Xanlarov açıqlamasında nəinki heç-heçəyə görə pul mükafatının verilməsini, bu yoldaşlıq oyununun keçirilməsini belə mənasız hesab etdiyini deyib:
"Tamamilə məntiqsiz və absurd bir şeydir. Bu mükafatı təyin edənlər bir daha sübut etdilər ki, onlar üçün milli komanda şəxsi mülk, əmlak və qazanc yeridir. Milli komandaya mükafat verilməsi dünyanın hər yerində var. Amma baxır hansı halda. Mükafat o halda verilir ki, ortada real nəticə olur, o mükafatı alanlar buna layiq olur. İndiki halda ortada nə oyun var nə də nəticə. Üstəlik, bu heç-heçə adi bir yoldaşlıq görüşündəki qolsuz heç-heçəyə görə verilib. Şəxsən mənə görə, bu yolaşlıq görüşünün özü belə mənasız idi. Yoldaşlıq görüşü ya Xorvatiya ilə oyundan əvvəl olmalı idi, ya da aрrel-may aylarında. Ancaq görünür kimlərinsə cibini dolurması üçün arada bu cür mənasız oyunlar, heç-heçələr lazımdır. Hələ mən milliyə futbolçu sırıyan bəzi işbazların "otkat"larını demirəm. AFFA heç kimin dədəsinin şəxsi mülkü deyil ki, dövlətin, xalqın рulunu sağa-sola dağıtsın".