“Milan” uduzdu, “Yuventus” qalib gəldi

31-03-2019, 10:24           
“Milan” uduzdu, “Yuventus” qalib gəldi
İtaliya A Seriyasında 29-cu tura start verilib.

Teleqraf.com xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Autsayder “Kyevo” “Kalyari” ilə üz-üzə gəlib. Meydan sahibləri bu oyunda darmadağına üzülüblər.

Bu turda lider “Yuventus” “Empoli” ilə, “Milan” isə “Sampdoriya” ilə qarşılaşıb. Turin klubu doğma meydanda minimal hesabla qalib gəlib. Milanlılar isə səfərdə oxşar hesabla məğlub olublar.

29-cu turun maraqla gözlənilən qarşılaşması Milan şəhərində keçiriləcək. “İnter” öz meydanında “Latsio”nu qəbul edəcək.

Turun mərkəzi görüşü Romada keçiriləcək. Turnir cədvəlində ikinci sırada qərarlaşan “Napoli” “Roma” səfərinə yollanacaq.

İtaliya A Seriyası, 29-cu tur

29 mart

Kyevo – Kalyari 0:3
Qol: Pizakane, 16. Pedro, 33. İonita, 43.

30 mart

Udineze – Cenoa 2:0
Qol: Okaka, 4. Mandraqa, 61.

Yuventus – Empoli 1:0
Qol: M.Ken, 72.

Sampdoriya – Milan 1:0
Qol: Defrel, 1.

31 mart

14:30 Parma – Atalanta
17:00 Roma – Napoli
17:00 Fiorentina – Torino
17:00 Frozinone – SPAL
20:00 Bolonya – Sassuolo
22:30 İnter – Latsio












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru