İspaniya La Liqası: "Vilyarreal" - "Barselona" matçında 8 qol vurulub - VİDEO

3-04-2019, 07:40           
İspaniya La Liqası: "Vilyarreal" - "Barselona" matçında 8 qol vurulub - VİDEO
Futbol üzrə İspaniya La Liqasında XXX turun "Vilyarreal" - "Barselona" matçında qapılara 8 qol vurulub.

"Report"un məlumatına görə, 4:4 hesablı heç-heçə ilə nəticələnən görüşdə topların 3-ü ilk yarıya təsadüf edib.

"El Madriqal" stadionundakı qarşılaşmada hesabı 12-ci dəqiqədə Filippe Koutinyo açıb. Bundan 4 dəqiqə sonra Malkon "Barsa"nın üstünlüyünü iki topa çatdırıb. 23-cü dəqiqədə Samuel Çukveze fərqi azaldıb.

50-ci dəqiqədə isə Toki Ekambi bərabərlik qolunu vurub. 62-ci dəqiqədə Visente İborra "Vilyarreal"ı hesabda önə çıxarıb. 80-ci dəqiqədə isə Karlos Bakka komandasının 4-cü qolunu vurub.

"Barselona" məğlubiyyətdən 86-cı dəqiqədə meydan sahiblərindən Alvaro Qonsalesin qovulmasından sonra xilas olub. Lionel Messi 90-cı, Luis Suares 90+3-cü dəqiqədə fərqlənib.

Bu nəticədən sonra "Barselona" 70 xalla 1-ci, "Vilyarreal" 30 xalla 17-ci pillədə qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru