Karateçilərimiz İspaniyada qızıl, gümüş və 2 bürünc medal qazanıb

3-04-2019, 07:43           
Karateçilərimiz İspaniyada qızıl, gümüş və 2 bürünc medal qazanıb
Karate üzrə Azərbaycan milli komandası 28-31 mart tarixlərində İspaniyanın Quadalaxara şəhərində Avropa çempionatını bir qızıl və gümüş, eləcə də 2 bürünc medalla başa vurub.

Trend-ə Azərbaycan Milli Karate Federassiyasının Media və İctimaiyyətlə İşlər şöbəsində verilən məlumata əsasən, Para-Karate yarışlarının gözdən zəif idmançılar kateqoriyasında Sahib Əhədov Avropa çempionu olub. Fərdi kumite yarışlarında Rafael Ağayev (-75 kq) gümüş medala, Asiman Qurbanlı (+84 kq) isə bürünc mükafata sahib olublar. Daha bir bürünc medalı Roman Heydərov (kata) qazanıb.

Nuranə Əliyeva (-50 kq), həmçinin İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komandası bürünc medal uğrunda görüşdə qələbəni əldən veriblər. Rafiz Həsənov (-67 kq) və Ayxan Mamayev (-84 kq) təsəlliverici döyüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.

Nəticələrdən başqa, mərhələ keçən İdmançılarımız dünya reytinq cədvəli ilə birgə, 2-ci Avropa oyunları və 2020-ci ildə Yay Olimpiya Oyunlarına lisenziyalar uğrunda reytinq xallarını artırıblar. Yaxın günlərdə 2-ci Avropa Oyunlarına vəsiqə qazanan karateçilərin siyahısı açıqlanacaq. Böyüklərin 54-cü Avropa çempionatında 51 ölkədən 508 idmançı iştirak edib. Azərbaycan medal qazana bilən 26 ölkə arasında 10-cu yeri tutub.

Qitə çempionatının sonunda təşkilatçı ölkə kimi İspaniya Karate Federasiyasının prezidenti Antonio Marquenyo və Avropa Karate Federasiyasının (EKF) 1-ci Vitse-Prezidenti Jiri Bocek, EKF-in bayrağını 2020-cu ildə 55-ci Avropa çempionatının təşkilatçısı Azərbaycana təqdim ediblər. Aəzrbaycan Milli Karate Federasiyasının prezidenti və EKF-in İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov rəsmi mərasimdə EKF-in bayrağını qəbul etdi. Növbəti qitə çempionatı gələn ilin martında paytaxtımızda təşkil olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru