Azərbaycan cüdoçuları Avropa kubokunda 8 medal qazanıblar

7-04-2019, 00:53           
Azərbaycan cüdoçuları Avropa kubokunda 8 medal qazanıblar
Çex Respublikasının Teplitse şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 34 ölkədən 771 idmançının mübarizə apardığı beynəlxalq turnirin ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Yeniyetmə cüdoçularımız 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. İsmayıl Qənbərli (50 kq), Kamran Süleymanov (55 kq) və Turan Bayramov (60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Səbinə Əliyeva (48 kq), Aydın Rzayev (55 kq) və Mətin Rzazadə (66 kq) bürünc medala sahib olub.

Avropa kuboku yarışına aprelin 7-də yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçusu Rüstəm Orucov Türkiyənin Antalya şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.